Tasman dənizində sualtı vulkanlar kəşf edildi

“Science Alert" internet saytında yer alan xəbərə görə...

Tasman dənizində sualtı vulkanlar kəşf edildi

   Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizində yüksəkliyi 3 min metri olan sualtı vulkanlar kəşf edildi.

  “Science Alert" internet saytında yer alan xəbərə görə, İngiltərə Millətlər Birliyi Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSİRO) tədqiqat gəmisi "İnvestigator" Tasmaniyanın şərq sahilini 25 gün ərzində çoxşaxəli xəritələyərək darayıb. Araşdırma nəticəsində dənizin dibindən 3 min metrə qədər yükələn vulkanlar olduğu müəyyən edilib.

  CSİRO-dan tədqiqatçı Tara Martin bu sualtı vulkanların 30 milyon il əvvəl Avstraliya və Antarktidanı bir-birindən ayırdığını güman etdiklərini söyləyib.

  Tasmaniya Universitetindən zooloq Erik Uoehler (Eric Woehler) da öz növbəsində verdiyi açıqlamada qozbel balinaların bu vulkanları köç yollarında istiqamət tapma vasitəsi kimi istifadə etdiyini düşündüklərini bildirib.



Әlaqәli Xәbәrlәr