Çin okean və iqlim dəyişikliyini izləmək üçün kosmosa peyk fırlatdı

Çin okean və iqlim dəyişikliyini izləmək üçün “Haiyang-1C (HY-1C) peykini kosmosa fırlatdı.

Çin okean və iqlim dəyişikliyini izləmək üçün kosmosa peyk fırlatdı

Çin okean və iqlim dəyişikliyini izləmək üçün “Haiyang-1C (HY-1C) peykini kosmosa fırlatdı.

“Şinxua” xəbər agentliyinin məlumatına görə, Çin Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanan “HY-1C peyki ölkənin Şansi əyalətindəki Tayyüen peyk fırtlatma mərkəzindən Long March-2C daşıyıcı raketlə orbitə göndərildi.

Dünya miqyasında okeanların ekoloji vəziyyəti və temperaturları ilə ölkə sahilindəki sular, bölgələr, adalar və davamlı okean mənbələrinin müşahidə edilməsində istifadə olunacaq peyk 5 il müddətində xidmət göstərəcək.

HY-1C okeanların rəngini və səthi temperaturlarına təsir edə bilən xlorofil ilə bəzi orqanik maddələrlə yanaşı okeanlarda baş verən təbiət hadisələri barədə məlumat əldə edəcək.

Çin okean və dəniz müşahidə peyklərindən  HY-1A-nı  2002-ci ilin may adında, HY-1B-ni də 2007-ci ilin aprel ayında fırladılmışdı. HY-1D-nin də gələcək il fırladılması planlaşdırılır.


Etiketlәr: kosmos , peyk

Әlaqәli Xәbәrlәr