Donanma təlimləri milli texnologiyaya əmanət

Türk firmaları müdafiə sənayesində məhsul və flatforma səviyyəsində ortaya qoyulan nailiyyətini simulator layihələrilə davam etdirir.

1006438
Donanma təlimləri milli texnologiyaya əmanət

Türk firmaları müdafiə sənayesində məhsul və platforma sahəsində əldə etdiyi uğuru simulator layihələrilə davam etdirir.

Modelləşdirmə və simulator sistemləri getdikcə mürəkkəb hala gələn texnologiyaların inkişafında analiz, test, dəyərləndirmə və təlim proseslərində önəmli rollar  götürür.

Simulyasiya sistemləri və bunları təşkil edən proqram və təchizat birləşmələri barədə araşdırma-inkişaf fəaliyyətlərilə xüsusi həll yolları tapan "Simsoft" sivil və hərbi sektorlara xidmət göstərir.

Türkiyənin ilk yerli körpüüstü simulatoru

"Simfor" son olaraq proqram və təchizatları milli imkanlarla buraxılan Türkiyənin ilk yerli körpüüstü simulatorlarını uğurla təqdim etdi.

Simulator körpüüstündə vəzifədə olacaq personalın başda səfər zamanı olmaqla gəmidə qarşı-qarşıya qalacağı durumların hamısını sınaq etməsinə imkan yaradır.

Radar, elektron qrafik göstərmə sistemi, xəritə masası, xəbərləşmə və səfər üçün vacib olan bütün təchizata sahib körpüüstü simulatorunda fərqli gəmilərin eyni virtual əsasları bölüşməsinə imkan yaradılır.


Etiketlәr: #Simulator , #donanma , #gəmi , #Simfor

Әlaqәli Xәbәrlәr