Kosmosa səyahətə çıxan Tesla avtomobili marşrutunu dəyişdi

Dünyanın ən güclü raketi ilə kosmosa göndərilən avtomobil Marsdan yan keçəcək.

906586
Kosmosa səyahətə çıxan Tesla avtomobili marşrutunu dəyişdi

ABŞ-ın kosmik gəmi və raket istehsalçısı "SpaceX"in çılğın layihəsində marşrut dəyişdi.

 Amerika Birləşmiş Ştatlarının Florida ştatındakı Cape Canaveral Bazasından kosmosa buraxılan "Heavy Falcon" raketinin göyərtəsində Tesla avtomobili yerləşdirilib.
 
 Avtomobilin sükanının arxasına oturdulan müqəvva - Ulduz Adam, David Bowienin "Mars"adlı mahnısının sədaları altında irəliləyirdi.
 
 Tesla avtomobil kosmosda təxminən altı saat ərzində sərbəst hərəkət etdi.
 
 Orbit manevrində mühərrikin alovlanması nəticəsində  marşrutda dəyişiklik oldu.
 
 Teslanın yeni marşrutu Mars ilə Yupiter arasındakı asteroid silsiləsidir.
 
Yolun dəyişməsinə rəğmən, özəl bir şirkətin yenidən istifadə edilə biləcək raketlərlə kosmosa avtomobil göndərməsinin böyük nailiyyət olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr