Samandan karbon lifi yaradılıb

ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçılar qrupu tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb.

899308
Samandan karbon lifi yaradılıb

Alimlər güman edirlər ki, bu, ucuz avtomobillər hazırlamaq, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcək.

Karbon lif poladdan beş dəfə daha möhkəm və yüz dəfə yüngül olduğundan, bu materialın istifadə olunduğu avtomobillər əvvəlkilərlə müqayisədə az yanacaq sərf edəcək.

 

Mənbə:Trend informasiya agentliyi



Әlaqәli Xәbәrlәr