Türkiyə dişlərin müalicəsi üçün ən cazib ölkələrdən biridir

Türkiyə stomatologiya sahəsində cazibə mərkəzi oldu.

842605
Türkiyə dişlərin müalicəsi üçün ən cazib ölkələrdən biridir

 Ağız və diş sağlamlığı olduqca baha başa gələn müalicəsi ilə son illərdə dünyanın ən əhəmiyyətli səhiyyə problemlərindən birinə çevrilib.

Türkiyə bu sahədə həm keyfiyyətli müalicə, həm də uyğun qiymətlərlə dünyanın fərqli ölkələrindən olan xəstələri cəlb edir.

Türkiyə dişlərin müalicəsində yeni texnologiyaları və bir-birindən fərqli müalicə metodlarını təqib və tətbiq edən ölkələr arasındadır.

Stomatologiya sahəsindəki bu vəziyyət tibbi turizmi aktivləşdirdi.

Antalyada keçirilən Beynəlxalq Rəqəmsal Diş Həkimliyi Simpoziumunda Türkiyənin ağız və diş sağlamlığı sahəsində irəliləmiş bir mövqe əldə etdiyi qeyd olundu.

Müasir texnologiyanın tətbiqi nəticəsində  müalicə müddətinin qısalması da xəstələrin Türkiyəni seçməsinə səbəb olan amillərdən biridir.

Xüsusilə Antalyaya dişlərinin müalicəsi üçün gələn turistlərin sayı artır.

İstirahətə gələn turistlər eyni zamanda dişlərini də müalicə etdirirlər.

 



Әlaqәli Xәbәrlәr