“WhatsApp”ın yeni versiyasına yeni funksiyalar əlavə edildi

"WhatsApp"ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib.

804539
“WhatsApp”ın yeni versiyasına yeni funksiyalar əlavə edildi

"WhatsApp"ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib.

Bundan sonra istifadəçilər "şəkil içində şəkil" videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər.

Belə ki, istifadəçinin videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. Tətbiq bağlanaraq videozəngdən istifadə edilə biləcək. Beləliklə istifadəçi videozəngdən istifadə edərək smartfonda digər işlərini də görə bilər.

Daha bir yenilik isə mətnli statuslar ilə bağlı olub. Bundan sonra istifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. 

Həmçinin, foto və videoları bir birinə qoşaraq onları "Snapchat"dakı kimi təqdim etmək mümkün olacaq.

Milli.Az



Әlaqәli Xәbәrlәr