“Instagram” istifadəçilərinin diqqətinə!

İstifadəçilər nizamlı şəkildə parollarını dəyişsinlər.

801540
“Instagram” istifadəçilərinin diqqətinə!

“Instagram” istifadəçilərinin diqqətinə!

İstifadəçilər nizamlı şəkildə parollarını dəyişsinlər.

Türkiyədəki İnformasiya Təhlükəsizliyi Dərnəyinin sədri Əhməd hamdi Atalay Türkiyədə bilik texnologiyaları və tələkommunikasiya səktorunun sürətlə inkişaf etdiyini bildirərək, cari il internet abune sayının keçən illə müqayisədə 24,3 artdığını, mobil abunə sayının 75,7 milyona çatdığını bildirib.  

Türkiyənin 2016-cı ilin aprel ayının 1-də 4,5G ilə yüksək sürətli internet istifadəsinə keçdiyini xatırladan Atalay mart ayının sonunadək olan müddətdə cəmi internet istifadəçi sayı cəhətdən Türkiyənin dünyada ilk 20 ölkə arasında olduğunu qeyd edib.

“Instagram”ın 2010-cu ildən yayımlanmağa başladığı andan tutmuş sürətlə inkişaf edən sosial şəbəkə olduğuna diqqət çəkən Atalay, bu şəbəkənin ilk olaraq ABŞ-da istifadəyə verildiyini söyləyib.

“Önəmli məlumat və sənədləri paylaşmayın”

Atalay dünya miqyasında 700 milyondan artıq fəal “Instagram” hesabının olduğunu, 7-8 milyon istifadəçinin hesablarının xakerlərin əlinə keçərək ifşa edildiyini bildirərək vurğulayıb ki, bu vəziyyətdən Türkiyədəki istifadəçilərin nə qədər təsirləndikləri məlum deyil, tədbir görülsə yaxşı olar. İstidafadəçilər belə platformalardan elə çox istifadə etməsinlər, buralarda önəmli məlumat və sənədlərini paylaşmasınlar, parollarını da nizamlı şəkildə dəyişsinlər.



Әlaqәli Xәbәrlәr