Yapon tədqiqatçılar ən böyük dərinlikdə yaşayan balığın videoçəkilişlərini aparıblar

Bir qrup yapon tədqiqatçı NHK telekanalının dəstəyi ilə Sakit okeanda 8 min 178 metr dərinlikdə yaşayan balığın videoçəkilişlərini aparmağa nail olub.

796110
Yapon tədqiqatçılar ən böyük dərinlikdə yaşayan balığın videoçəkilişlərini aparıblar

Bir qrup yapon tədqiqatçı NHK telekanalının dəstəyi ilə Sakit okeanda 8 min 178 metr dərinlikdə yaşayan balığın videoçəkilişlərini aparmağa nail olub. Bu, tarix boyu ən böyük dərinlikdə aparılmış videoçəkilişdir.

Alimlərin qənaətinə görə, balıqların yaşaya biləcəyi ən böyük dərinlik 8 min 200 metrə bərabərdir.

Cari ilin mayında həmin hipotezi sübut etmək istəyən Yaponiya Dəniz Geologiyası Elmləri və Texnologiyaları Agentliyinin (JAMSTEC) bir qrup tədqiqatçısı pilotsuz aparatı Mariana çökəkliyində 8 min 178 metr dərinliyə endirib. Həmin aparat NHK telekanalı tərəfindən təqdim olunmuş çox yüksək 4K həllinə malik videokamera ilə təchiz edilib.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr