"Google" dan yenilik

"Google" şirkəti "Android" mobil əməliyyat sistemi üçün keyfiyyətsiz  proqram təminatı ilə mübarizədə yeni mexanizm tətbiq edir.

786346
"Google" dan yenilik

"Google" şirkəti "Android" mobil əməliyyat sistemi üçün keyfiyyətsiz  proqram təminatı ilə mübarizədə yeni mexanizm tətbiq edir. İndi istifadəçi "Play Market" proqramlar mağazasında axtarış edərkən keyfiyyətsiz mobil tətbiqlər axtarış nəticələrində daha aşağı yerlərdə görünəcək.

Məlumata  görə, bu üsulla istifadəçi təcrübəsini yaxşılaşdırmaq nəzərdə tutulur və tərtibatçılar öz proqramlarının yoxlanmasına daha diqqətli yanaşmağa məcbur edilir.

"Play Market"də proqramların axtarışda qiymətləndirilməsi üzrə cari alqoritm mənfi rəyləri nəzərə alır, ancaq heç də bütün istifadəçilər mənfi rəy yazmadığına görə populyar, lakin keyfiyyətsiz proqramlar uzun müddət axtarış nəticələrində ön pillələrdə görsənə bilir.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr