Günəş düşündüyümüzdən çox böyük imiş

Alimlərin apardıqları tədqiqatların nəticəsində Günəşin radiusunun daha əvvəl hesablandığından çox böyük olduğu aşkar olundu.

781635
Günəş düşündüyümüzdən çox böyük imiş

Alimlərin apardıqları tədqiqatların nəticəsində Günəşin radiusunun daha əvvəl hesablandığından çox böyük olduğu aşkar olundu.

Bu nəticələr avqustun 21-də ABŞ-dan izlənilə biləcək “tam Günəş tutulması” əsnasında təsdiqini tapacaq.

Günəşin düz 200 ildir əksik hesablanan sahəsi ilk dəfə həqiqi dəyərlərinə yaxın şəkildə ölçüləcək.

Alman astronomu Arthur Auwers-in adı 1891-ci ildə Günəşin ölçüsünü ilk təxmin edən alim olaraq tarixə keçdi. Auwers Günəşin fotosferindəki adi gözlə görünə bilən dalğalanmalara əsasən onun radiusunu 696 min kilometr olaraq hesablamışdı.

Alman aliminin bu modelindən 2015-ci ilədək istifadə olundu. Bu tarixdə Beynəlxalq Astronomiya Birliyi Günəşi müşahidə edən peyklərin məlumatları əsasında onun radiusunun 695 min 700 kilometr olduğunu bildirdi.

Google Maps üçün Günəş və Ay tutulmalarını detallı şəkildə modelləşdirən tədqiqatçı Xavier Jubierin müşahidələri nəticəsində Günəşin  düşünüləndən daha böyük olduğu ortaya çıxdı.

NASA tədqiqatçısı Ernie Wright da Jubier ilə eyni fikirdə olduğunu bildirir.

 



Әlaqәli Xәbәrlәr