Ayda su izləri müşahidə olundu

Yer kürəsinin peyk olan Ayın səthinə yayılmış vulkanik çöküntülərdə suyun ola biləcəyi bildirildi.

777542
Ayda su izləri müşahidə olundu

  "ScienceDaily"nin xəbərinə görə, Brown və Hawaii universitetlərinin alimlərinin peyk məlumatları əsasında apardıqları tədqiqat nəticəsində Ayın dərinliklərindən gələn maqmanın partlaması ilə yaranan, qədim zamanlardan qalan vulkanik çöküntülərdə böyük miqdarda suyun qalmış ola biləcəyini aşkar olunub.
 
 Orbital spektrometr ilə Ayın səthində olan işıq dalğalarını tədqiq edən alimlər buralarda hansı mineralların və tərkiblərin olduğu haqqında fikir yürüdüblər.
 
 Ayın səthinin, xüsusilə, vulkanik çöküntülərin gün ərzində isindiyini nəzərə alan elm adamları orbital spektrometr araşdırması ilə yanaşı, Apollo astronavtlarının Yer kürəsinə gətirdikləri nümunələr üzərində laboratoriya şəraitində tədqiqat aparıblar.
 
 Tədqiqatçılar Apollo 15-in və Apollo 17-nin endikləri bölgələrin ətrafındakılar daxil olmaqla, daha əvvəl xəritəsi çıxarılan Ayın səthindəki böyük vulkanik çöküntülərin demək olar ki, hamısında suyun izinə rast gəliblər.

 Tədqiqatın nəticələri Ay səthinin su baxımından zəngin olduğu fikrini dəstəkləyir.



Әlaqәli Xәbәrlәr