Gündəlik yod miqdarına diqqət

Yod  insan orqanizminin inkişafı üçün çox əhəmiyyətli elementdir.

747424
Gündəlik yod miqdarına diqqət

Yod  insan orqanizminin inkişafı üçün çox əhəmiyyətli elementdir. Ətraf mühitdə yodun az olması yod çatışmazlığı adlandırılan vəziyyətin inkişaf etməsinə səbəb olur. Yod çatışmazlığı hal–hazırda bütün dünyada, o cümlədən Türkiyənin müəyyən bölgələrində çox vacib tibbi–sosial problemlərdən biridir. Yod çatışmazlığı bütün dünyada ən məşhur mikro qida çatışmazlığı səbəbləri arasındadır.

Dr. İrmak Sayın Alan bildirir ki, hamilə qadınlarda yodun həddindən çox çatışmazlığı perinatal ölüm, ölüdoğulma və anadangəlmə inkişaf qüsurlarının sayını artırır.

Yod qalxanabənzər vəzinin (QV) ifraz etdiyi T3 (triyodtironin - tərkibində 3 atom yod mövcuddur) və T4 (tetrayodtironin və ya tiroksin - tərkibində 4 atom yod mövcuddur) hormonlarının əsas tərkib hissəsidir. QV təqribən 20 – 25 q ağırlığında boyunun alt hissəsində yerləşən bir orqandır (endokrin vəzdir) və qandakı yoddan istifadə edərək T3 və T4 hormonlarını əmələ gətirir. T3 və T4 hormonlarının normal səviyyəsi hamiləlik zamanı həm uşağın inkişafı, həm də ananın sağlamlığı üçün çox vacibdir. Belə ki, bu hormonlar metabolizm proseslərinə, böyümə və sinir sisteminin inkişafına ciddi təsir göstərir.

Torpaq və suda dəyişən nisbətlərdə yod var. Yod təbii olaraq balıq və dəniz məhsulları ilə yanaşı içməli su və tərəvəzlərdə olur. Süd məhsullarında yod ehtiva edən dezinfeksiyaedici yod qatılığı səbəbin görə yod vardır. Çörək bişirilərkən istifadə edilən bəzi xəmir oksidləşdiricidə yod ola bilər. Bir çox ölkədə süfrə duzuna yod əlavə olunmaqdadır.

Yod ehtiyacı; Dünya Sağlamlıq Təşkilatı tərəfindən təklif edilən gündəlik yod miqdarları belədir;

● 5 yaşına qədər olan körpələr və uşaqlar üçün gündə 90 mkq

● 6 ilə 12 yaş arası uşaqlar üçün 120 mkq

● 12 yaş və üstü uşaq üçün gündəlik 150 mkq

● Hamiləlik və əmizdirmə dövründə gündə 250 mkq: Hamilələrdə yod ehtiyacı yüksəkdir.



Әlaqәli Xәbәrlәr