““WanaCryptOr” virusu dünyada xəstəlik kimi yayılır”

Türkiyədəki Bilik Texnologiyaları və Telekommunikasiya İdarəsinin sədri Ömər Fateh Sayan “WanaCryptOr” virusunun dünyada xəstəlik kimi yayıldığını bildirib.

742680
““WanaCryptOr” virusu dünyada xəstəlik kimi yayılır”

Türkiyədəki Bilik Texnologiyaları və Telekommunikasiya İdarəsinin sədri Ömər Fateh Sayan dünyada öz təsirini göstərən, iqtisadi fəsadlara səbəb olan və müxtəlif ölkələrdə bürokratik işlərin dayanmasına gətirib çıxaran kibercinayətkarlığı ilə əlaqəli “WanaCryptOr” virusunun dünyada xəstəlik kimi yayıldığını bildirib.

Sayan bu vəziyyətin belə virusların gələcək günlərdə daha da yayılacağını göstərdiyini vurğulayaraq deyib ki, bütün sektorlara təsir edən kommunikasiya texnologiyaları ölkənin təhlükəsizliyində önəmli yer tutur. Buna görə telekommunikasiyanın irəli texnologiya həcminin artırılması ilə istehsal qabiliyyəti və məşğulluq imkanları ilə Türkiyənin ən geniş iş həcminə sahibdir.

Kibertəhlükəsizliklə əlaqəli çağırışların edilərək mümkün olan bütün tədbirlərin görüldüyünü qeyd edən Sayan bildirib ki,  “WanaCryptOr” virusu dünyada xəstəlik kimi yayılır. Gələcək günlərdə belə təhlükələr arta bilər. Türkiyədə əlaqəli qurumlar bununla bağlı olaraq müxtəlif tədbirləri görərək ciddi fəsadların qarşısını aldı.

Sayan Türkiyənin kibertəhlükəsizliyinin ən yüksək səviyyədə olmasını istədiklərini dilə gətirərək, yüksək standartlı texnologiya ilə təchiz olunmuş xəbərləşmə sektoru üçün fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr