“Dünyanın qara qutusu o buzlaqlarda gizlidir”

Antarktikadakı buzlaqlarda çox əhəmiyyətli məlumatların gizli olduğu bildirilir.

739693
“Dünyanın qara qutusu o buzlaqlarda gizlidir”
itü antartika bilim insanı.jpg
antartika liken örnekleri.jpg
10-11/Files/UploadedImages/6986249454antartikayatrkss.jpg
Türk bilim ekibi antartika'da.jpg
antartika.jpg
antartika

Dos.Dr. Ersan Başar Antarktikadakı buzlaqlarda çox əhəmiyyətli məlumatların gizli olduğunu bildirərək “Dünyanın qara qutusu o buzlaqlarda gizlidir.” deyə açıqlama verib.

Türkiyə Alpinistlik Federasiyasının sədri və Qara dəniz Texniki Universitetinin (KTÜ) Sürmənə Dəniz Elmləri Fakültəsində müəllim Dos. Dr. Ersan Başar Antarktikadakı buzlaqların içində çox əhəmiyyətli məlumatların gizləndiyini ifadə edərək, "Dünyanın qara qutusu o buzlaqlarda gizlidir." deyib.

Qeyd edək ki, Dövlət rəhbərliyinin himayətində Elm, Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə başladılan fəaliyyətlər çərçivəsində Antarktikada “Türkiyə Elmi Araşdırma Bazası” qurulacaq. Bu barədə ilkin fəaliyyətləri aparmaq məqsədilə ilə bölgəyə 9 nəfərlik heyət cəlb olunub. Hemin heyətdə yer tutan Ersan Başar səfər və müşahidələr barədə bunları deyib: Heyətdə alpinistlik və akademiya ilə əlaqəli fəaliyyətlərimə görə iştirak edirəm. İkinci səfərimizi maraqla gözləyirəm. İnsan bir dəfə gedincə oraları qoyub gələ bilmir. Çox maraqlı bölgədir.  Türkiyənin hal-hazırdakı siyasəti bölgədə elm bazası qurmaq və elm istehsal etməkdir. Antarktika elm sahəsində bir sülh qitəsidir. Sazişlərə görə orda sadəcə bu işlə məşğul olmaq mümkündür. Bölgədə 29 müşavir adı ilə ölkə fəaliyyətlər aparır. 30-cu ölkə isə Türkiyədir. Bölgə ilə əlaqəli saziş  2048-ci ildə başa çatacaq və orda hansı addamların atılacağına dair 2049-cu ildə bu ölkələr bir araya gələcək. Biz də təbii olaraq bu ölkələrdən olmaq istəyirik.

“Bölgədə çox ciddi elmi fəaliyyətlər aparmaq mümkündür”

Antarktikada geologiya fəaliyyətləridən, xəritə işlərinə. dəniz elmlərinə qədər müxtəlif sahəhərdə araşdırma aparıldığını ifadə edən Başar bildirib ki, bölgədə çox ciddi elmi fəaliyylər aparıla bilər. Böyük hissəsinin xəritəsi belə hələ təşkil edilməyib. Antarktikada çox məlumat var. Dünyanın qara qutusu o buzlaqlarda gizlidir. Dünyanın bütün keçmişi oradadır. Atmosferlə əlaqəli fəalliyətlər davam etdirilir. Türkiyə də orda bu fəaliyyətləri aparacaq gücə malikdir və müxtəlif sahələrdə elmi araşdırmalar aparılması nəzərdə tutulur. Elmi bazanın qurulacağı müxtəlif yerlər müəyyənləşdirildi. Çox deyil 5-10 ildə Türk elmi bazası qurulacaq kimi görünür. İkinci səfərimizi dekabr ayında, üçüncü səfərimizi isə gələn il mart ayında rellaşdıracağıq.



Әlaqәli Xәbәrlәr