Smartfondan suyun səs vasitəsilə təmizlənilməsi üsulu kəşf edilib

“iPhone” smartfonunun korpusundan suyun təmizlənilməsi sistemi.

730148
Smartfondan suyun səs vasitəsilə təmizlənilməsi üsulu kəşf edilib

ABŞ Patent Bürosu “Apple” şirkətinin smartfonun su təsirindən daha mükəmməl mühafizəsini nəzərdə tutan texnologiyanın təsvir edildiyi sənədi dərc edib. Söhbət “iPhone” smartfonunun korpusundan suyun təmizlənilməsi sistemindən gedir.

 Patentləşdirilmiş üsul mobil qurğuların texnoloji çıxışlarından mayenin səs dəyişmələri vasitəsilə təmizlənilməsini nəzərdə tutur. İdeya elementlərdə akustik çıxışlar (dinamiklər və ya mikrofonlar) daxilində hidrofob xüsusiyyətlərin quraşdırılmasından ibarətdir.

Məlumata görə, hazırda “Apple” belə örtükləri kənar elementlərin və suyun düşməsinin qarşısını alan incə torla təchiz edir. Lakin su təzyiq, məsələn, qurğunun dərinliyə salınması nəticəsində içəriyə daxil ola bilər. Bundan başqa, orada rütubətin yüksək olmasına və ya temperaturun kəskin dəyişməsinə görə kondensat toplana bilər ki, bu da qurğunun həssas komponentlərinə pis təsir göstərir.

Akustik çıxışa mayenin düşməsi müəyyənləşdirilən zaman “Apple” səs kanalları ilə yayılan və suyu korpusdan xaric edən xüsusi səs tezliklərindən istifadəni təklif edir.

http://azertag.az

 


Etiketlәr: #“iPhone”

Әlaqәli Xәbәrlәr