Elektron kitabların satışı niyə azalıb

Ötən il dünyada istehlak seqmenti üzrə elektron kitabların (məhz kitabların, cihazların deyil) satışı 2015-ci ilin göstəriciləri ilə müqayisədə 17 faiz azalıb.

726056
Elektron kitabların satışı niyə azalıb

Ötən il dünyada istehlak seqmenti üzrə elektron kitabların (məhz kitabların, cihazların deyil) satışı 2015-ci ilin göstəriciləri ilə müqayisədə 17 faiz azalıb.

Bu barədə "Publishers Association" analitik şirkətinin hesabatında deyilir. Bu müddət ərzində kağız kitabların və jurnalların satışları 7 faiz, uşaq kitablarının satışı isə 16 faiz artıb.

ABŞ-da da eyni tendensiya müşahidə edilir. 2016-cı ilin ilk doqquz ayında elektron kitabların satışı 18,7 faiz azalıb. Yumşaq üzlü kitabların satışı 7,5 faiz artıb. Qalın cildli kitabların satışı isə bir il öncəsindəkindən 4,1 faiz daha yaxşı nəticə göstərib.
 
"Euromonitor International" analitik şirkətinin məlumatlarına əsasən, 2011-ci ildən 2014-cü ilə qədər olan müddətdə elektron kitab və cihazların satışı 40 faiz azalıb.

 

Mənbə: Milli.Az



Әlaqәli Xәbәrlәr