NASA-dan xəbərdarlıq

Amerika Milli Havaçılıq və Kosmos Agentliyi “NASA”-dan meteorit xəbərdarlığı.

712759
NASA-dan xəbərdarlıq

NASA-nın məlumatına görə JO25 adlanan meteor, 19 Apreldə dünyaya yaxın məsafədən keçəcək.

Meteorun diametrinin 650 metr olduğu təxmin edilir. NASA, diametri 100 metrdən böyük bütün cisimləri potensial təhlükə olaraq qəbul edir.

Meteorit, yerin 1 milyon 800 min kilometr məsafəsindən keçəcək. Bu məsafə , Dünya ilə Ay arasındakı uzaqlığın dört qatıdır.

NASA-nın məlumatına görə 2027-ci ilin avqust ayında da diametri 800 metr olan bir meteorit Dünyanın yaxınından keçəcək.



Әlaqәli Xәbәrlәr