Yeni kəşf Marsın iyonesferini anlamağa yardım edəcək

Ameriak Birləşmiş Ştatları Kosmos və Havaçılıq Dairəsi (NASA) qırmızı planet Marsın atmosfer təbəqəsinin üstündəki hərəkətliliyin anlaşılmasına yardım edəcək elektrik yüklü metal atomları (ionlar) kəşf edib.

710221
Yeni kəşf Marsın iyonesferini anlamağa yardım edəcək

  Mars Atmosferi və Dəyişən Təkamülü (Maven) adlı kosmik vasitə Marsın orbitinə 2013-cü ilin sentyabr ayında girib. O zamandan üzü bəri planetin atmosferini təbii qaz və ion kütlə spektrometr aləti vasitəsilə araşdırır.

  Maven qırmızı planetin atmosferinin üst qismində - iyonesferdə elektrik yüklü dəmir, maqnezium və natrium ionları olduğunu təsbit edib.

  NASA-nın “Goddard” Kosmos Uçuş Mərkəzində məsul elmi işçi Josepp Grebowksy Mavenin dünya xaricində bir planetin iyonesferində ilk dəfə qalıcı metal ionları tapdığını bildirib.

  Metalik ionların uzunömürlü olduğu, onların əsl olduqları yerdən külək və elektrik sahələriylə yerdəyişməyə uğradıqlarını qeyd edən Grebowsky Marsın iyonesferindeki hərəkətliliyi anlamaq üçün bu ionların əhəmiyyətini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr