Köklük insanda hansı xəstəlikləri üzə çıxarır?

Bu önəmli problemə sadəcə zahirdə bir məsələ kimi baxılmamalıdır.

693539
Köklük insanda hansı xəstəlikləri üzə çıxarır?
Şişmanlık
şişman.jpg
şişman.jpg

Köklük xərçəngə səbəb olur

Türkiyə Endoskopiya və Laparoskopiya cərahiyyəsi dərnəyinin sədri Prof. Dr. Əmin Ərsoy köklük probleminin sadəcə çox çəkinin səbəb olduğu problemləri yaşatmadığını, həmin zamanda müxtəlif xəstəliklərin də ortaya çıxmasına zəmin hazırladığını bildirib.

Hal-hazırda şişmanlığın dünya miqyasında artdığına diqqət çəkən həkim Ərsoy bu önəmli problemə sadəcə zahirdə bir məsələ kimi baxılmamasının vacibliyini vurğulayıb.

Həkimin dediyinə görə, döş, qalın bağırsaq, prostat xərçənginə kök insanlarda daha sıx təsadüf edilir. Həm uyğun olmayan qidalanma həm də həyat şərtlərinin ağır olması köklüyün artmasına gətirib çıxarır. Dünya miqyasında bu xəstəlik üçün görülən tədbirlər təəssüf ki, kök insan sayının azalmasına imkan yaratmır. Əsas problem görünüş deyil, bunun insanlarda səbəb olduğu ciddi xəstəliklərdir. Kök xəstələrin yarısından çoğu keyfiyyətsiz həyat sürür. Onların təzyiqi çoxdur, ürəkdə və başqa yerlərində ciddi problemlər yaranır. Bu problem qarşısında insanların özü də, digər başqa məsul orqanlar da vacib olan tədbirləri görməlidir.



Әlaqәli Xәbәrlәr