Türkiyənin Milli müdafiə sənayesi qlobal seviyyədə bazarını genişləndirir

Avstraliyadakı Avalon Airshow 2017 Fuarına qatılan Roketsan, SOM-J tipli raket sistemlərinin satışı üçün Avstraliya Hava Qüvvələri ilə danışıqlar aparır.

682852
Türkiyənin Milli müdafiə sənayesi qlobal seviyyədə bazarını genişləndirir

Birləşmiş Ərəb Əmirliklərində amfibi zirehli texnika satışını nəzərdə tutan razılaşmadan sonra indi də Roketsanın SOM-J tipli raket sistemlərinin Avstraliya Hava Qüvvələrinin F-35 döyüş təyyarələrində istifadəsi üçün satışı planlaşdırılır.

Avstraliya Amerika Birləşmiş Ştatlarından yeni nəsil döyüş təyyarəsi f- 35 satın alır. SOM-J isə f-35-in silahlarından biridir.

Roketsan Mühəndislik Direktoru Cənk Önən Avstraliyadakı sərginin, Türkiyənin milli silah sənayenin təqdimatı baxımından əhəmiyyətli fürsət olduğunu bildirib.

Önən Fuar ilə əlaqəli açıqlamasında: "Bura Roketsan olaraq deyil, Türkiyəni təmsil etmək üçün gəldik. Sattığımız məhsullar Türkiyəni təmsil edən məhsullardır. Hamısı Roketsanın milli və orijinal sistemləridir. Bu səbəbdən burada bir silahı deyil, bir ölkənin qabiliyyətlərini, bir ölkənin müdafiə sənayesi sahəsində inkişaf səviyyəsini satışa çıxarmağa çalışırıq” deyə vurğulayıb.

Qeyd edək ki, Avstraliyada təşkil edilən növbəti Avalon Airshow 2017 sərgisi 5 Martda sona çatacaq.



Әlaqәli Xәbәrlәr