Yer kürəsinin səkkizinci qitəsi tapıldı

Elm adamları Sakit Okeanının altında dünyanın səkkizinci qitəsi olaraq qəbul edilə biləcək bir quru parçası tapdılar.

674794
Yer kürəsinin səkkizinci qitəsi tapıldı

 'Geological Society of America's Journal" jurnalında dərc olunan məqaləyə görə, Sakit okeanının cənub-qərbində 94%-i suyun altında qalmış "Zealandia" adlı yeni bir quru parçası üzərində tədqiqatlar aparan elm adamları, buranın dünyanın 8-ci qitəsi ola biləcəyini iddia edirlər.
 
 Zealandia, təxminən 5 milyon kvadrat kilometr sahəsi ilə Avstraliya qitəsinin üçdə biri qədərdir.
 
 Yeni Zellandiyanın şimali, Cənub Adası və Yeni Caledonia da bu quru parçasına bağlıdır.
 
 Tədqiqatın aparıcı simalarından biri, Yeni Zelandiyadan olan geoloq  Nick Mortimer elm adamlarının Zealandianı 20 ildən çox tədqiq etdiklərini bildirdi.
 
 Zealandianı qitə adlandırmağın siyahıya yeni bir ad əlavə etməkdən daha çox məna kəsb etdiyini vurğulayan Mortimer: "Bu qitə sular altında qalmış, lakin sınmamışdır. Bu vəziyyət kontinental qabıqların birləşməsi və qırılmasını kəşf etmək baxımından çox vacibdir" dedi



Әlaqәli Xәbәrlәr