Twitter özünün mobil proqramına canlı yayım xüsusiyyətini əlavə edib

Bu barədə sosial şəbəkənin rəsmi bloqunda məlumat verilir.

632018
Twitter özünün mobil proqramına canlı yayım xüsusiyyətini əlavə edib

Twitter özünün mobil proqramına canlı yayım xüsusiyyətini əlavə edib.

Bu barədə sosial şəbəkənin rəsmi bloqunda məlumat verilir.

Şirkətin məlumatına əsasən, canlı videolar çevrədə, dünyada nə olub-bitdiyini bilməyin ən təsirli yoludur.

Bu xüsusiyyət əvvəllər "Twitter"in canlı yayım proqramı "Periscope"la əlçatan idi. Ancaq, artıq istifadəçilər "Periscope"u yükləmədən, hesab yaratmadan da canlı yayım edə biləcəklər.

Xidmətdən istifadə üçün “yeni tweet yarat” bölməsindən “canlı” (live) seçmək lazımdır. Buradan çəkilişi tənzimləmək və “Go live” bölməsinə tıklayıb, videoya başlamaq mümkündür.



Әlaqәli Xәbәrlәr