Çində kosmik kapsulda həyatda qalma sınaq təcrübələri keçirildi

Çinin cənubundakı Guangdong əyalətində kosmik kapsulda 4 tədqiqatçı tərəfindən 25 növ bitki yetişdirildi, 635 texnoloji avadanlıq sınaqdan keçirildi.

630963
Çində kosmik kapsulda həyatda qalma sınaq təcrübələri keçirildi

Çinin cənubundakı Guangdong əyalətində kosmik kapsulda 4 tədqiqatçı tərəfindən 25 növ bitki yetişdirildi, 635 texnoloji avadanlıq sınaqdan keçirildi.
 
 Sınaqlarda kosmik kapsulda qapalı qalan 4 nəfər üçün oksigen, su və qidanın tədarükündə geri dönüş təcrübələri keçirildi.
 
Eyni zamanda, gigiyena, yuxu, qidalanma və kapsulun daxilindəki işlərlə əlaqədar uğurlu tədqiqatlar aparıldı.
 
 Mütəxəssislər təcrübələr çərçivəsində tamamilə  təcrid edilmiş mühitin insan üzərindəki psixoloji təsirlərini və insan orqanizminin bioloji ritm dəyişikliklərini müşahidə etdilər.
 
 Kapsulda yetişdirilən 25 növ bitki isə təcrübələrin ən maraqlı tərəfi oldu.
 
Qeyd edək ki, Çin Astronavtika Mərkəzi keçən ilin may ayında kosmik kapsul eksperimentinə qatılmaq istəyən könüllülər üçün  elan vermişdi və müraciət edən 2 min 110 könüllü arasından biri qadın olmaqla, 4 nəfər seçilmişdi.
 
 Çin kosmik stansiyası layihəsi çərçivəsində ilk stansiya "Tiengong-1"i  2011-ci ildə, "Tiengong-2"ni isə keçən ilin sentyabr ayında kosmosa göndərib.
 
 İşləri sürətləndirən Pekin rəhbərliyi 2020-ci ilə qədər üç kapsuldan ibarət  bir kosmos stansiyası yaratmağı planlaşdırır.



Әlaqәli Xәbәrlәr