İnqilabi texnologiya

Sent-Endryus Universitetinin alimləri tərəfindən hazırlanmış inqilabi texnologiya

620553
İnqilabi texnologiya

Şotlandiyada Sent-Endryus Universitetinin alimləri tərəfindən hazırlanmış inqilabi texnologiya obyekt və materialları tanımaq qabiliyyətinə malikdir. Bu həll “RadarCat” adlı qurğuda reallaşdırılıb və qurğu kiçik radar datçikinin köməyi ilə, demək olar, bütün əşyaları tanıyır. Bu texnologiya bir çox potensial tətbiq imkanına malikdir, o cümlədən gözdən əlillər sözügedən texnologiyanın köməyi ilə ətrafda hansı əşyaların olduğunu müəyyənləşdirə biləcəklər.
 
Qeyd edək ki, Sent-Endryus Universitetində çalışan alimlər tərəfindən istifadə edilmiş radar datçiki ilk öncə barmaqların mikro hərəkətlərini qeydə almaq üçün “Project Soli” layihəsi çərçivəsində “Google ATAP” əməkdaşları tərəfindən hazırlanıb.
 
mənbə:.ictnews.az


Etiketlәr: #texnologiya

Әlaqәli Xәbәrlәr