Şimal Buzlu okeanda temperatur normadan 20 dərəcə çoxdur

Tədqiqatçılar  bu vəziyyəti  Şimal qütbündəki buz kütləsinin nazikləşməsi və cənubdan güclü küləklərlə gələn isti hava ilə əlaqələndirirlər.

614976
Şimal Buzlu okeanda temperatur normadan 20 dərəcə çoxdur

ABŞ tədqiqatçıları Şimal Buzlu okeanın böyük hissəsində temperaturun normal dəyərlərdən 20 dərəcə çox olduğunu bildirdilər.
 
 Tədqiqatçılar  bu vəziyyəti  Şimal qütbündəki buz kütləsinin nazikləşməsi və cənubdan güclü küləklərlə gələn isti hava ilə əlaqələndirirlər.
 
 Danimarka Meterologiya İnstitutunun keçən həftə 80 dərəcə şimal enliyində həyata keçirdiyi ölçmələrində temperaturun normalda mənfi 25 dərəcə olması lazım olarkən, mənfi 5 dərəcə olaraq müəyyən olundu.
 
 Norveç Şimal Universitetinin professoru, iqlim tədqiqatçısı Grete Hovelsrud qütblərdəki iqlim dəyişikliklərinin  elm adamlarının proqnozlarından  daha böyük miqyasda və sürətlə baş verdiyini bildirərək: "Görülməsi vacib olan bir  şey var. O da atmosferə istixana qazlarının buraxılmasını dayandırmaqdır" dedi.



Әlaqәli Xәbәrlәr