Türkiyədə təhsil almaq istəyən tələbələr üçün yeni layihə

Xaricdəki Türklər və Əqrəba Topluluqları İdarəsində 2017-ci ildə “beynəlxalq tələbə və məzun məlumat sistemi” yaradılması planlaşdırılır.

611095
Türkiyədə təhsil almaq istəyən tələbələr üçün yeni layihə

Xaricdəki Türklər və Əqrəba Topluluqları İdarəsində 2017-ci ildə “beynəlxalq tələbə və məzun məlumat sistemi” yaradılması planlaşdırılır.

Ölkəyə ilk dəfə gələcək əcnəbi tələbənin təyyarə bileti, təhsil pulu, səhiyyə siğortası və yataqxanalarda yerləşdirilməsi üçün vəsait İdarənin büdcəsindən ödəniləcək.

İdarənin bu fəaliyyətləri və gələcək illərdəki hədəflərinə dair məlumatlar 2017-ci il büdcə layihəsi kitabçasında yer tutub, ayrıca xarici tələbələr üçün layihələrdən bəhs edilib.

Kitabçada qeyd edilib ki, Türkiyəyə gələn tələbələrin təhsilini uğurlu şəkildə başa çatdırmaları üçün akademik və peşə təhsili, o cümlədən sosial və mədəniyyət həyatı sahələrində rəhbərlik xidmətləri planlaşdırılaraq tətbiq ediləcək. Müvafiq qurumlarla əməkdaşlıq edilərək hazırlanan beynəlxalq tələbə stareji sənədində müəyyən edilən əsaslar çərçivəsində Xaricdəki Türklər və Əqrəba Topluluqları İdarəsində “Beynəlxalq tələbə və məzun məlumat sistemi”nin yaradılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr