Qara şokolad ürәk xәstәliklәrinin qarşısını alır

Mәlumata görә, gündә 200-600 milliqram arasında istehlak edilәn qara şokolad ‘‘yaxşı’’ xolesterin miqdarını artır.

591878
Qara şokolad ürәk xәstәliklәrinin qarşısını alır

ABŞ-ın  Braun  Universitetindәki Qlobal Kardiyometabolik Sağlamlıq Mərkəzinin apardığı araşdırma nәticәsindә  gündə bir parça qara şokoladın ürәk xәstәliklәrinin qarşısını aldığı  və diabet xəstələrindә  qan şəkəri  və insulin müqavimətini tәnzimlәdiyi aşkar olundu.

Mәlumata görә, gündә 200-600 milliqram arasında istehlak edilәn qara şokolad ‘‘yaxşı’’ xolesterin miqdarını artır.

Araşdırma sağlamlıq  mәrkәzinin rәhbәri Pr.Dr.Simin Liu vә tәlәbәsi Xiaochen Lin tәrәfindәn  1139 urәk xәstәsi üzәrindә tәdbiq edildi.



Әlaqәli Xәbәrlәr