Çin texnologiya  sahǝsindǝ  daha bir nǝhǝng addım atıb

Çin, kosmosdakı həyatı araşdırmaq məqsədiylə böyüklük baxımından dünyada ǝvǝzi olmayan teleskop buraxıb.

576938
Çin texnologiya  sahǝsindǝ  daha bir nǝhǝng addım atıb

Ölkənin rəsmi xəbər agentliyi Şinhua, 500 metr diametrǝ sahib Qlobal Diafraqma Radio Teleskopun Guicou əyalətindəki Pinqtanq rayonunda araştırmalara başladığını bildirib.

“Tienyen” adı verilən və istehsalı üçün bir milyard 200 milyon yuana (təxminən 180 milyon dollar) xǝrclǝnǝn radio teleskopu, kosmosdakı həyata dair ǝlamǝt olub olmadığını tǝyin etmǝk üçün araşdırmalar aparacaq.

İstehsalına 2011-ci ildə başlanan ‘Kosmas Gözü’ mǝnası verǝn Tienyen teleskopun daha güçlü radio siqnalı ala bilməsi üçün yerlǝşdirildiyi bölgənin beş kilometr ətrafında yaşayan 8 min nǝfǝr, başqa bölgələrə evakuasiya edilib. Mǝcburi köç üçün 269 milyon dollarlıq dövlət fondu hǝsr edilib.

Qeyd edǝk ki, Pekin rəhbərliyi, 2022-ci ilə qədər orbitdə daimi kosmos stansiya yaradmaq cǝhdindǝdir. Çinin bu hədəfi reallaşarsa, Amerika Birləşmiş Ştatları və Rusiyadan sonra kosmos stansiyasına sahib üçüncü ölkə olacaq.

Pekin rəhbərliyi, bu hədəfi istiqamətində 15 Sentyabrda kosmos modulu Tiengong-2-ni orbitə atmışdı. Peyk, gələcək ay atılması planlaşdırılan insanlı kosmos gǝmisi Şıncou-11 ilə orbitdə birlǝşǝcǝk. Çinin, kosmos layihəsi çərçivəsində gələcək iki il içində Marsa da bir missiya öndərməyi planlaşdırır.

 



Әlaqәli Xәbәrlәr