Qədim qalaktikada oksigenin miqdarı ölçülüb

Astronomlar ilk dəfə qədim qalaktikada oksigenin miqdarı ölçüblər.

548028
Qədim qalaktikada oksigenin miqdarı ölçülüb

Astronomlar ilk dəfə qədim qalaktikada oksigenin miqdarı ölçüblər.

Kaliforniyanın bir neçə universitetinin astrofizikləri qədim bir qalaktikada oksigenin miqdarını ölçüblər.

Mütəxəssislər bunu Havay adalarında yerləşən Keck teleskopu vasitəsilə həyata keçiriblər.

Onlar COSMOS-1908 adlı qalaktikanı müşahidə ediblər ki, bu qalaktikanın işığı Yer kürəsinə 12 milyard ilə çatır.

Tədqiqatçılara görə, bu, oksigen miqdarının ölçülməsi mümkün olan ən uzaq qalaktikadır. Alimlər bunu Keck I teleskopunda quraşdırılan həssas infraqırmızı MOSFIRE spektrinin köməyi ilə əldə etdiklərini elan ediblər.

Aparılan tədqiqatlara görə COSMOS-1908-də oksigenin günəşdən 20 faiz çox olduğu aşkarlanıb.



Әlaqәli Xәbәrlәr