“Google” “Yandex”i keçib

“Google” axtarış şəbəkəsi Rusiyanın internet məkanında (runet) aylıq auditoriyanın sayına görə “Yandex” axtarış şəbəkəsini keçib.

502429
“Google” “Yandex”i keçib

“Google” axtarış şəbəkəsi Rusiyanın internet məkanında (runet) aylıq auditoriyanın sayına görə “Yandex” axtarış şəbəkəsini keçib.

Bu barədə TNS araşdırma şirkəti məlumat verib.

Bu məlumatlara əsasən, ayda bir dəfədən az olmayaraq “Google” axtarış şəbəkəsindən, onun ənənəvi və mobil versiyası da daxil olmaqla, həmçinin onun əlavələri ilə birgə 20,5 milyon insan istifadə edir. “Yandex”də isə bu göstərici 20,4 milyon nəfər təşkil edib.

Ancaq bununla belə, “Yandex” gündəlik istifadədə liderliyi əldə saxlayıb. Gündə bir dəfədən az olmayaraq onun servislərinə 12,3 milyon istifadəçi istifadə edir. Sonrakı yeri isə “VKontakte” sosial şəbəkəsi tutur. “Google” bu siyahıda üçüncü cərgədə yer alıb. 

Xatırladaq ki, TNS-in statistikası əhali sayı 700 mindən artıq olan şəhərləri və 12-64 yaşlı insanları əhatə edir.



Әlaqәli Xәbәrlәr