NASA "həyat kapsulu"nu sınaqdan keçirir

Amerikan Milli Aeronavtika və Kosmos İdarəsi- NASA keçən ay kosmosa göndərdiyi həyat kapsulunu şişirtməyə başladı.

498339
NASA "həyat kapsulu"nu sınaqdan keçirir

 Astronavt Jeffrey Williamsın kosmik stansiyadakı havanın tədricən içinə dolması üçün qapağını açdığı kapsul dünyadan təxminən 400 kilometr məsafədə şişməyə başladı.
 
  Keçən ay Spacex ilə kosmosa göndərilən,  2,3 metr diametri və 1,5 metr dərinliyi olan BEAM (Bigelow Genişləndirilə bilən Fəaliyyət Modulu) kosmik stansiyaya bərkidilmiş vəziyyətdə hava ilə şişərək 16 kubmetr həcminə qədər böyüyəcək.
 
 Robert Bigelow tərəfindən yaradılan "Bigelow Aerospace" şirkətinin istehsal etdiyi kapsulun astronavtlara yeni yaşayış sahəsi təqdim etməsi gözlənilir.
 
 Kapsul 2 il ərzində kosmos stansiyaya bərkidilmiş şəkildə qalacaq.
 
 NASA kosmik stansiyasında şişirdilə bilən yaşam kapsulunu sınağı üçün "North Las Vegas" şirkətinə 17,8 milyon dollar ödəyib.



Әlaqәli Xәbәrlәr