Marsa səfər edən astronavtlar "qış yuxusu"na gedəcəklər

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi - NASA Marsla əlaqədar yeni bir plan hazırladı.

497258
Marsa səfər edən astronavtlar "qış yuxusu"na gedəcəklər

  Günümüzün texnoloji imkanları ilə Mars səfəri 200 gün davam edir.
 
 Bu müddət astronavt üçün olduqca uzun və yorucudur.
 
 Problemi aradan qaldırmaq üçün fərqli bir fikir ortaya atıldı: "QışYuxusu"
 
 Alimlər astronavtların bədən temperaturunu aşağı salaraq, metabolizmini ləngitməyi və səyahət boyu yatırtmağı planlaşdırırlar.
 
 Damar yolu ilə qidalanmaları təmin ediləcək astronavtlarda əzələ itkisinin qarşısının alınması üçün elektrik stimülasiyası tətbiq olunacaq.
 
Astronavtlar Marsa yaxınlaşdıqca mərhələli olaraq bədən temperaturları artırılaraq oyandırılacaqlar.
 
 NASA bu yeni metoda aid tədqiqatlar üçün 500 min dollar büdcə ayırıb.



Әlaqәli Xәbәrlәr