Qəzzada Osmanlı Mirası və Əsərləri Sərgisi açılıb

Sərgisinin   açılış  mǝrasiminǝ , Türkiyənin Qüds Baş konsulu səfir Mustafa Sarnıç, Fələstinli və Türk siyasətçilər ilə alimlər iştirak  edib.

487539
Qəzzada Osmanlı Mirası və Əsərləri Sərgisi açılıb

Beytül Hikmə Məsləhət və qarşıdurmalara Həll İnstitutunun, Fələstin Mədəniyyət Nazirliyi ilǝ  Turizm - Abidǝlǝr Nazirliyinin  dǝstǝklǝriylǝ təşkil etdiyi Osmanlı Mirası və Əsərləri Sərgisinin   açılış  mǝrasiminǝ , Türkiyənin Qüds Baş konsulu səfir Mustafa Sarnıç, Fələstinli və Türk siyasətçilər ilə alimlər iştirak  edib. 

Sərgidə Qəzzanın fərqli ǝrazilǝrindǝ gün işığına çıxarılan Osmanlı dövrünə mǝxsus saxsı qabqacaqlar, papirus kağızı üzərindəki əl yazmaları və pul kimi tarixi əsərlər  nümayiş etdirilir.

Dünyanın ən qədim şəhərlərindən olan Qəzza, 16-cı əsrdən 1917-ci ilǝ qədər Osmanlı dövlǝtinin nǝzarǝtindǝ olub.



Әlaqәli Xәbәrlәr