Alimlər dinozavrları yox edən asteroidin kraterindən nümunə götürüblər

Uzun vaxtdır davam edən qazıntı işlərinin sonunda alimlər dinozavrları məhv edən asteroiddən nümunə götürə biliblər.

485482
Alimlər dinozavrları yox edən asteroidin kraterindən nümunə götürüblər

Uzun vaxtdır davam edən qazıntı işlərinin sonunda alimlər dinozavrları məhv edən asteroiddən nümunə götürə biliblər.

Dinozavrlar dövrünü tədqiq edən alimlər bu dövrdə yaşayan nəhəng canlıların quruluşunu öyrənmək və onların yaşadığı dövrdə planetimizin necə göründüyünü başa düşmək üçün genişmiqyaslı tədqiqatlar aparırlar. Dinozavrlar dövrü haqqında məlumat əldə etmək üçün bu canlıların nəslini məhv edən asteroidi tədqiq etməyə qərar verən alimlər Meksika Körfəzində yerləşən asteroid kraterini analiz etmǝyǝ başladıqlarını bildiriblər.

2 aydır tǝqdiqatlarını davam etdirǝn alimlər eni 180 km və dərinliyi 20 km olan kraterdən ilk nümunə aldıqlarını bildiriblər. 1978-ci ildə tapılan bu kraterin 10 km-lik bir asteroid tərəfindən əmələ gətirildiyini qeyd edən alimlər 66 milyon il əvvəl yer üzünə düşən ərazidə qazıntı işləri apardılarını qeyd ediblǝr. Tədqiqat qrupunda olan Joanna Morgan bildirib ki, onlar toqquşma səbəbilə yaranan kraterin ən üst halqasındadırlar və sadəcə 80 metr aşağı enə biliblər.

6 iyuna qədər tədqiqat aparacaq qədər maddi büdcəsi olan qrup 1.5 km dərinliyə qədər qazıntı aparacaqlar. Kraterdən götürülən nümunənin tədqiq edilməsi üçün isə biraz daha vaxta ehtiyac var.



Әlaqәli Xәbәrlәr