Günəşdən milyonlarla qat daha parlaq bir süpernova kəşf edilib

Supernovanı kəşf edən tədqiqatçılar, onun günəşdən milyon qat daha parlaq olduğunu qeyd ediblər.

482562
Günəşdən milyonlarla qat daha parlaq bir süpernova kəşf edilib

Dallasda yerləşən “Southern Methodist University”-də işləyən Govinda Dhungana, Astrophysical Journal-da yayımladığı elmi məqalədə günəşdən milyon qat daha parlaq bir supernova kəşf etdiklərini bildirib. 450 gün boyunca tədqiqat aparan Dhungana və bərabər işlədiyi mütəxəssislər qeyd edib ki, dünyadan 30 milyon işıq ili uzanda yerləşən “süpernova 2013ej” adlı bu ulduz çox böyük bir partlayışdan əmələ gəlib. Bu partlayış o qədər böyük olub ki, ortaya çıxan enerji və parlaqlıq 100 milyon günəşin partlamasına bərabər olub.

Govinga Dhungana partlayış səbəbilə kainata yayılan hissəciklərin saniyədə 10.000 km sürətlə hərəkət etdiyini bildirib. Partlayışın şiddətinə və parlaqlığına görə hesablamalar aparan alimlər, süpernovanı əmələ gətirən ulduzun günəşdən 250 qat daha böyük və 15 qat daha ağır olduğunu bildiriblər.

 



Әlaqәli Xәbәrlәr