NASA günəş enerjili mühərrik layihəsinə investisiya qoyacaq

Bu mövzuda ciddi işlər görən NASA kosmik gəmilərdə istifadə etdiyi mühərrikləri günəş enerjisinin köməyi ilə daha da gücləndirmək fikrindədir.

477526
NASA günəş enerjili mühərrik layihəsinə investisiya qoyacaq

ABŞ-ın Kosmik agentliyi NASA günəş enerjisinin imkanlarından istifadə edərək genişmiqyaslı kosmik tədqiqatlar layihəsinə başlayacaq.

İnsanların enerji mənbəyi kimi istifadə etdikləri qaynaqlar ətraf mühitə ciddi zərərlər verirdi. Lakin son vaxtlarda müxtǝlif sahǝlǝrdǝ istifadə olunan günəş enerjili sistemlər bu vəziyyətə alternativ həll yolu tapa bilər.

Bu mövzuda ciddi işlər görən NASA kosmik gəmilərdə istifadə etdiyi mühərrikləri günəş enerjisinin köməyi ilə daha da gücləndirmək fikrindədir.

Qeyd edək ki, günəş enerjili mühərriklərin hǝm müsbǝt hǝm dǝ mǝnfi xüsusiyyǝti var. Müsbǝt tərəfi budur ki, günəş enerjili mühərriklərin itələmə gücü uzun bir vaxt davam edə bilir. Lakin uzun bir vaxt davam edən bu itələmə gücü digərlərindən zəif gücə malikdir. Bu mənfi hadisəyə çarə tapmaq istəyən NASA “Aerojet Rocketdyne” şirkəti ilə imzaladığı 3 illik müqavilədən sonra tədqiqatlara başladığını bildirib. NASA bu layihə üçün 67 milyon dollar vǝsait ayırıb.

Layihənin əsas məqsədi günəş enerjili mühərriklərin itələmə qüvvəsini iki qatına çıxarmaqdır. Əgər Nasa bu layihədə uğur əldə etsə adi yanacaqla işləyən mühərrikdən 10 qat daha güclü enerji əldə edəcək.

NASA-nın bu layihəsi nəticəsində kosmik tədqiqatlarda ǝtraflı işlər görüləcək. Daha güclü və yanacağı daha uzun istifadə olunan bu mühərriklərin köməyilə kosmik gəmilər həm uzun yol qət edə biləcək həm də günəşin təmin etdiyi enerji ilə yanacaq bir müddətə qədər yenilənə biləcək.



Әlaqәli Xәbәrlәr