Monqolustanda Türk mədəniyyəti günləri

3-cü dəfədir təşkil edilən Ulan Batur Türk mədəniyyət günlərinin bu ilki fəxri qonağı İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Qədir Topbaşdır.

474715
Monqolustanda Türk mədəniyyəti günləri

3-cü dəfədir təşkil edilən Ulan Batur Türk mədəniyyət günlərinin bu ilki fəxri qonağı İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Qədir Topbaşdır.

Bir həftə davam edəcək tədbir çərçivəsində aprelin 22-dən 29-dək Monqolustan Uşaq İncəsənət və Yaradıcılıq Mərkəzində beynəlxalq uşaq festivalı və 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı ziyafəti təşkil ediləcək.

Həftə çərçivəsində Ulan Baturda müxtəlif məktəblərin şagirdlərinin iştirakı ilə sülh və dostluq şənliyi keçiriləcək və uşaq evləri ziyarət ediləcək. Opera və piano sənətçilərinin konsertləri, “Türkiyə mənzərələri" mövzusunda fotosərgi də təşkil olunacaq.

Mədəniyyət günləri çərçivəsində türk mətbəxinin tanıtımı da keçiriləcək. Bundan başqa monqol xalqı türk kinosunun seçmə nümunələri ilə də tanışlıq imkanı qazanacaqlar.

Qeyd edək ki, Türk tarixinin ən qədim qaynaqları olan Orhun kitabələrinə və tarixin ilk Türk dövlətlərinə də ev sahibliyi edən Monqolustan torpaqları Türkiyə və Türk dünyası baxımından böyük əhəmiyyət daşıyır. Monqolustan Türkiyəni xarici siyasətində “üçüncü qonşu" olaraq qiymətləndirdiyi kimi Türkiyə də Mongolistanı “etibarlı, sülhsevər və demokratik bir əməkdaşlıq ortağı" olaraq görür.

Türkiyədə 3 min monqol vətəndaşı yaşayır. 900 monqol Türk universitetlərində ali təhsil alır.



Әlaqәli Xәbәrlәr