Samsung şirkəti “ağıllı linza” istehsalı üçün patent alıb

Kamera və hərəkət sensoru olan bu linzalar gözün köməyilə hərəkət etdiriləcək.

470700
Samsung şirkəti “ağıllı linza” istehsalı üçün patent alıb

Kamera və hərəkət sensoru olan bu linzalar gözün köməyilə hərəkət etdiriləcək.

Mətbuatda yer alan bir xəbərə əsasən, Samsung şirkəti üstün reallıq sistemini göz bəbəyinizin üstündə görməyinizə kömək edəcək ağıllı linza patenti alıb. 2014-cü ildə Canubi Koreyanın Fikri Mülkiyyət ofisindən alınan patentin köməyilə üstün reallığı ağıllı linzalar ilə ağıllı eynəklərdən daha təbii bir şəkildə görə biləcəksiniz.

Ağıllı linzaların içinə yerləşdiriləcək kiçik ötürücülər sayəsində cihaz ağıllı telefonunuza bağlana biləcək. İstifadəçi linzanın içindəki hərəkət sensoru ilə gözü hərəkət etdirərək vəya qırparaq gördüyü təsviri idarə edə biləcək. Linzaya yerləşdiriləcək kiçik kamera isə təsviri yaddaşa yazmağa yarayacaq.

Təbii ki, ağıllı linzalar üzərində sadəcə Samsung işləmir. Google şirkəti keçən il buna bənzər bir cihaz üçün patentǝ müraciǝt etmişdi. Bu patent günəş enerjisi ilə işləyən və istifadəçinin göz yaşını analiz edərək bədənin sağlığı haqqında məlumat toplayan ağıllı linza sistemidir. Linza içindəki ötürücü vasitəsilə telefona və ya bilgisayara qoşula biləcək.

Samsung şirkətinin müraciǝt etdiyi bu patent hələki təsdiq olunmayıb. Lakin şirkətlərin bu sistemlər üzərində ciddi işlər görməsi yeni ağıllı linzaların bir neçə ilə satışa çıxacağının sübutudur.



Әlaqәli Xәbәrlәr