Türk cərrahı bir əməliyyatda 8 orqan köçürdü

Amerika Birləşmiş Ştatlarının Miami şəhərində həyata keçirdiyi orqan transplantasiyası əməliyyatları ilə dünyada tanınan Türk cərrah Akın Tekin yeni bir uğura imza atdı.

466533
Türk cərrahı bir əməliyyatda 8 orqan köçürdü

Təkin 1 yaşında olan ölümcül xəstə Liam Garzaya 8 orqanı bir əməliyyatda köçürdü.

Hürriyyətin verdiyi xəbərə görə, Doktor Akın Tekin və Doktor Rodrigo Vianna Liamın udqunmasına mane olan ölümcül Berdon Sindromunu müalicə ediblər.

Həkimlər anadangəlmə xəstə olan Liamın qaraciyərini, mədə, nazik bağırsağını ,yoğun bağırsağını, mədəaltı vəzini, iki böyrəyini və sidik kisəsinin bir qismini yeniləyiblər.

Doktor Tekin: " Xəstəyə eyni anda 8 orqan köçürüldü. Uşağın bacısı da 6 il əvvəl eyni şəkildə əməliyyat olmasına baxmayaraq, onda sidik kisəsindən istifadə etməmişdik" dedi.

Donorlardan alınacaq orqanlar üçün lazımlı əməliyyatın çox özəl olması səbəbindən donor cərrahiyyə əməliyyatını da özü həyata keçirən Doktor Tekin, kiçik yaşlı xəstə Liamın transplantasiya əməliyyatını da Doktor Vianna ilə birgə etdi.

Qeyd edək ki,Doktor Akın Tekin, daha əvvəl də dünyada çox az görünən Wolcott-Rallison sindromu xəstəsi olan 6 yaşlı, alban əsilli Angela Bushiyə yeni qara ciyər, iki böyrək və mədəaltı vəzi köçürən həkimlər qrupuna daxil olmuşdu.

Doktor Tekinin 2007-ci ildə 5 orqan köçürdüyü xəstəsi əməliyyatdan 5 il sonra dünyaya uşaq gətirmişdi.



Әlaqәli Xәbәrlәr