100 il sonra hər şey dəyişəcək!

“Samsung” şirkətinin 100 il sonra insan həyatının nə cür dəyişəcəyi haqda yayımladığı hesabatda ağlınıza gəlməyəcək yeniliklərdən bəhs edilib.

457154
100 il sonra hər şey dəyişəcək!

“Samsung” şirkətinin 100 il sonra insan həyatının nə cür dəyişəcəyi haqda yayımladığı hesabatda ağlınıza gəlməyəcək yeniliklərdən bəhs edilib.

Samsungun obyektlərin interneti firması olan “SmartThings” 100 il sonra həyatın necə olacağı haqda məlumat verən hesabat hazırlayıb. Obyektlərin internetinin sürətlə inkişafından bəhs edən hesabatda gələcəkdə evlərin nə cür olacağı, qidaların necə olduğu və bunların nəticəsində insanların necə dəyişdiyi haqda məlumat yer alır.

Hesabatda ən diqqət cəlb edən məlumat isə 2116-cı ildə Mars və Ay planetlərinin müstəmləkə altına alınacağı xəbəridir.

Gələcəkdə mənzillər haqda da geniş dəyişikliklərdən xəbər verilir. Hesabatda yerin 25 qat altına qədər uzanan binalar, dənizlərin və okeanların içinə inşa edilən su altı şəhərləri və gündüz ofis, gecə ev olaraq istifadə olunan, forma dəyişdirə bilən mənzillərdən bəhs edilir.

Qeyd edək ki, siz tətilə getdiyiniz zaman nəhəng dronlar evinizi də sizinlə bərabər daşıyacaq.

Torpaq istifadə olunmadan, hidroponik (suda mineral qida istifadəsi) əkinçiliyin köməyilə insanlar evlərində ehtiyacı olduğu meyvə tərəvəzi yetişdirə biləcək. Akvariumdakı balıqların artıqları ilə istifadə olunan akuaponik əkinçilik də geniş miqyasda yayılacaq.


Nano və biotexnologiyanın köməyilə hər birimizin damarlarında üzən və bədənimizi skan edən nanorobotların geniş istifadəsi mümkün olacaq. Belə ki, nanorobotlar xəstəliklərin əvvəlcədən təyini və xəstəyə aid xüsusi olaraq istehsal olunmuş dərmanlarla ya da bir başa bədənin içindəki nanorobotlarla müalicəsinin mümkün olacağı qeyd edilib. Hesabatda qeyd edilib ki, gələcəkdə insanın həm daxilində həm də ətrafında bu cür texnologiya olsa, “transhumanizm” dövrü başlayacaq. Transhumanizm, elm və texnologiyanın tətbiqi vasitəsilə insanın əqli və fiziki qabiliyyətlərini yaxşılaşdırmaqla, insana xas olan və transhumanistlərin fikrincə arzuolunmaz hesab edilən bəzi xüsusiyyətlərin - əzab, xəstəlik, ağrı və hətta ölümün aradan qaldırılmasına əsaslanan fəlsəfi konsepsiya, həmçinin beynəlxalq hərəkatdır.

İndiki dövrdə internetin vasitəsilə istədiyimiz məlumatı saniyələr ərzində tapa bilirik. Gələcəkdə isə bu məlumatlar bütün insanlar tərəfindən bilinəcək. Yəni ki, bir məlumatı tapmaq üçün onun haqda fikirləşmək sizə bəs edəcək. Təbii ki, bu məlumat bazasını yalnız biz deyil, robotlar da istifadə edəcək. Bu məlumatları sürətli hesablama qabiliyyətinə malik süni ağıl 2045-ci ildə insan beynindən daha üstün olacaq. Demǝli, bu tarixdən sonra süni ağıl bizim ağlımıza gəlməyən fikirlər önə sürərək, bu fikirləri sərbəst bir şəkildə həyata keçirəcək. Texnologiya inqilabı adı verilən bu mərhələdən sonra nə olacağı bilinmir. Belə ki, texnologiya inqilabı mərhələsi insanın düşünə bilmədiyi yenilikləri süni ağıl tərəfindən həyata keçirilərək baş verəcək.



Әlaqәli Xәbәrlәr