Rusiya nüvə batareyası istehsal edəcək!

Rusiya nüvə texnologiyasi istifadə edərək batareya istehsal edəcək.

451643
Rusiya nüvə batareyası istehsal edəcək!

Nüvə texnologiyasında ən qabaqcıl tədqiqatlar aparan ölkə Rusiyadır. Rusiya nüvə texnologiyasi istifadə edərək batareya istehsal edəcək.

Nüvə texnologiyası tədqiqatında lider olan Rusiya indi də nüvə batareyası layihəsinə başladığını bildirib. Sputnik Xəbərdə yer alan məlumata əsasən Moskva Beynəlxalq Tədqiqat və Texnologiya Universiteti, nüvə batareyası istehsal edən texnologiya ixtira edib.

Universitetin alimləri qeyd edib ki, Nikel-63 izotopundan istehsal edilən nüvə batareyası, 50 illik gücə sahib olacaq. Tibb və Fəza elmləri başda olmaq şərtilə elektrik istehsalı kimi bir çox sahədə işlədiləcək nüvə batareyasının nə vaxt istehsal ediləcəyi bilinmir.

Yeni texnologiyanın enerji qaynaqları sahǝsindǝki inkişafı davam etdiyi bu günlərdə Rusiyanın nüvə texnologiyasından istifadə etməsi bir çox insanı şübhəyə salıb. 2017-ci ilin sonlarında istifadəyə veriləcək batareyalar mətbuatda geniş marağa səbəb olub.



Әlaqәli Xәbәrlәr