ASELSAN KULAÇ İskandil Sisteminin ixracına başlayıb
ASELSAN sualtında istifadǝ edilǝn KULAÇ İskandil Sisteminin ilk dəfə ixracına başlayıb.
450484
KULAÇ İskandil Sistemi (dərinlik ölçmə cihazı), İndoneziyanın Dəniz Qüvvələri Komandanlığında istifadǝ edilǝcǝk.
ASELSAN texnolojiyası İndoneziyanın "KRİ Nanggala 402" sualtı qayığının montaj və tǝkmillǝşdirmǝ işlǝrini hǝyata keçirǝcǝk.
Hərbi standartlara cavab verǝn KULAÇ Sistemi, mǝlumat alma, uzaq göstərici avadanlıqları vǝ aşağı-yuxarı Frenkans akustik transdüserlǝrdǝn meydana gəlib.
Yüksək həssaslıqla çalışan sistem, 1000 metr dərinliyi ölçǝ bilir. Yüksək tutumlu imkanına sahib olan sistem, tək platformada birdən çox akustik sistemin eyni vaxtda istifadəsinə da imkan verir.
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb