500 milyon Android sistemi ilə işləyən cihaz təhlükə altındadır!

“Skysecure” şirkətinin yaydığı hesabata əsasən Clickjacking adlı yeni virus 500 milyondan çox Android istifadəçisini ciddi şəkildə təhdid edir.

448908
500 milyon Android sistemi ilə işləyən cihaz təhlükə altındadır!

“Skysecure” şirkətinin yaydığı hesabata əsasən Clickjacking adlı yeni virus 500 milyondan çox Android istifadəçisini ciddi şəkildə təhdid edir.

Təhlükəsizlik şirkəti olan “Skycure”nin paylaşdığı hesabata əsasən zərərli proqram təminatı olan Clickjacking 500 milyondan çox Android istifadəçisini təhdid edir.

Android 2.2 Froyo və Android 4.4 Kit-kat versiyaları arasındakı cihazların hamısına zərər verən bu sistem Android ekosisteminin 65 faizindən çoxunu təşkil etdiyi üçün ən ciddi təhlükə olaraq qələmə verilir.

Clickjack virusu çox gizli işləyir. Sizə özünü adi bir oyun və ya aplikasiya kimi görünən bu virus edəcəyiniz hər əməliyyatda cihazınızdakı bütün sistemin içinə daxil olur və məlumatlarınızı başqalarına ötürür. Yəni e-mailləriniz, sms-ləriniz və yaddaşda olan bütün proqramlar kiber casusların əlinə keçir.

Əgər sizin cihazınız 2.2 Froyo və 4.4 Kitkat versiyaları arasındadırsa ilk edəcəyiniz iş digər yeni olan bir versiyaya keçməkdir. Əgər cihaz bunu özü etmirsə, siz CUSTOM ROM (əl ilə qurulan sistem) vasitəsilə bu problemi həll edə biləcəksiniz. Bir digər həll yolu isə “Google Play Store”da olmayan aplikasyalardan uzaq olmağınızdır. Yəni bilinməyən yollardan yüklədiyiniz Andorid aplikasiyaları telefonunuza zərər verə bilər.

Şirkət qeyd edib ki, telefon paraçetrlərinə daxil olaraq sizin icazəniz olmadan işləyən aplikasyaları silmək lazımdır. Şəxsi məlumatlarınızı qorumaq istəyirsinizsə deyinlənləri mütləq yerinə yetirin.



Әlaqәli Xәbәrlәr