Elektrikli alətlərin enerji sərfiyyatı xərcini sıfıra endirəcək cihaz

“Faraday Future” şirkəti elektrikli alətlərin enerji sərfiyyatı xərcini sıfıra endirəcək cihaz istehsal edib.

447801
Elektrikli alətlərin enerji sərfiyyatı xərcini sıfıra endirəcək cihaz

“Faraday Future” şirkəti elektrikli alətlərin enerji sərfiyyatı xərcini sıfıra endirəcək cihaz istehsal edib.

“Tesla Motors”un rəqibi olan Faraday Future şirkəti elektrikli alətlərin enerji sərfiyyatı xərcini sıfıra endirəcək cihaz istehsal etdiklərini bildiriblər.

Son texnologiya məhsulu olan elektriklə işləyən avtomobillər, avtomobil bazarının gələcəkdəki lideri olaraq görülür. Elektrikli avtomobillərin istehsalı üzrə lider olan Tesla Motors, Faraday Futurenin “CES 2016” sərgisində nümayiş etdirdiyi “FFZero1” adlı elektrikli avtomobilin ardından özünə böyük bir rəqib qazanıb. Şirkət sadəcə elektrikli avtomobil istehsal etməyərək, həmçinin elektrik sərfiyyat xərcini minimuma düşürǝn “inverter” (geri qaytaran, yenidən işlədən) istehsal edib.

Faraday Futurenin “FF Echelon İnverter” adını verdiyi bu cihaz, avtomobildə sərf olunan elektrik axımının bir nöqtədən paylanmasına və eyni nöqtədə yenidən yığılmasına imkan yaradır. Son texnologiyanın məhsulu olan FF Echelon İnverter, bu qabiliyyəti sayəsində Faraday Futurenin istehsal etdiyi alətlərin digərləri ilǝ müqayisǝdǝ daha az elektrik sərf etməsinə kömək edəcək.

Elektrik gücünü daha əlverişli paylayan bu cihaz eyni zamanda qısa qapanmaların da baş verməsinə əngəl olacaq. Həmçinin cihaz istifadə olunduğu maşınlarda elektrik sərfinə 20-30 faiz qənaət edəcək. Eletriklə işləyən avtomobillərin benzinlə işləyənlər ilǝ müqayisǝdǝ daha ucuz olması, elektrikli avtomobillərə olan tələbatı getdikcə artırır. Yeni cihazların etdiyi qənaətlər sayəsində benzinə olan tǝlǝbin gün keçdikcə azalacağı göz qabağındadır.



Әlaqәli Xәbәrlәr