“36 milyon qız uşağı tǝhsil ala bilmir”

Dünyada 63 milyon qız uşağı təhsil alabilmir. Bu UNESCO-nun hesabatında bildirilib.

447815
“36 milyon qız uşağı tǝhsil ala bilmir”

BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nun hesabatına görə, dünyada 63 milyon qız uşağı məktəbə gedə bilmir. Bu qızların təxminən 50% ibtidai məktəbǝ başlayacaq yaşda. 11-16 yaş arasında olan 16 milyon qız uşağı isə oxuma-yazma öyrənmǝ imkanına sahib deyil.

Hesabatda bildirilib ki, dünyada məktəbǝ başlayacaq yaşda olmasına baxmayaraq məktəbə gidemeyen erkǝk uşaq sayı 8 milyon qǝdǝrdir.

UNESCO, qız uşaqları ilə erkǝk uşaqlar arasındakı ən böyük bərabərsizliyin Ərəb, Afrika ölkələri, Cənubi və Qərbi Asiya ölkələrində müşahidǝ olduğunu bildirir.

Hesabata görǝ, tǝhsil imkanından mǝhrum olanlar ǝn çox Cənubi Sudan, Liberiya, Eritreya kimi ölkələrdəki qız uşaqlarıdır. Bu ölkələrdə 15 yaşından kiçik qız uşaqlarının 60% dǝn çoxu məktəbə gedə bilmir.



Әlaqәli Xәbәrlәr