Alimlər uzun müddətli yaddaşın əsas molekulunu tapıblar!

Uzun müddət davam edən tədqiqatlardan sonra alimlər insan beynindəki uzun müddətli yaddaşı təmin edən molekulu aşkar ediblər.

447126
Alimlər uzun müddətli yaddaşın əsas molekulunu tapıblar!

İnsan beyni ətraf mühitdə baş verən hadisələrin hamısını fərqli formalarda yaddaşda saxlayır. Bu məlumatlardan bəziləri qısa müddətli yaddaşa gedir və bir neçə dəfə istifadə etmək üçün lazım olur. Qısa müddətli yaddaşa gedən məlumatlar bir vaxtdan sonra silinir və beyində yeni məlumatlar üçün yer açılır. Uzun müddətli yaddaş isə digərindən çox fərqlənir. Ömrümüz boyunca xatırladığımız bu məlumatlar beyin tərəfindən bir neçə əməliyyatdan sonra yaddaşa yazılır. Müəllimlərimiz, ilk tanıdığımız insanlar və sevdiyimiz şeylər, uzun müddətli yaddaşa nümunədir.

Məlumatın qısa müddətlidən uzun müddətliyə keçməsi beyində baş verən mürəkkəb və ardıcıl reaksiyalar nəticəsində yaranır. Uzun müddətli yaddaşa yazılan məlumatlar bir hadisənin davam etmǝsi və ya bir təcrübənin qazanılması ilə baş verir. Hadisənin və təcrübənin bizə ötürdüyü məlumat, beynimizin əsas neyron sistemini işlədərək məlumatların yerləşdiyi mərkəzə molekulyar siqnallar göndərir. Bu siqnallar genetik kodların yerləşdiyi hüceyrə nüvəsinə qədər yol qət edərək nüvənin fəaliyyətə keçməsinə səbəb olur. Fəallaşan nüvə uzun müddətli yaddaşa yazılacaq məlumatın yerləşdiyi sinir nöqtələrini genişləndirir. Bu baş verən fəallıqdan sonra məlumat uzun müddətli yaddaşa həkk olur.

Təbii ki, beyində baş verən bu proseslər oxuduğunuz kimi asan deyil. İnsanın ən vacib xüsusiyyətlərindən biri olan yaddaşı daha yaxşı işlətmək üçün tədqiqat aparan alimlər insan yaddaşındakı məlumatları daha uzun müddət davam etdirmək üçün ciddi testlər aparırlar. Hüceyrə nüvəsinə gedən molekulyar siqnalın nə olduğunu bilməyən alimlər, gün keçdikcə bu molekulyar sinqalın sirrini açıblar.

Pekində yerləşən “Yi Zhong of Tsinghua Universitet”-ində işləyən alimlər apardıqları tədqiqatların sayəsində meyvə milçəyinin uzun müddətli yaddaşını idarə etməyi bacarıblar. Bu kiçik canlıların hüceyrə nüvələrinə uzun müddətli yaddaşı əmələ gətirən molekulyar siqnallar göndərə bilən alimlər, milçəyin yaddaşına istədikləri məlumatları yerləşdirməyə müvəffəq olublar.

Meyvə milçəklərinin uzun müddətli yaddaşını əmələ gətirən “importin-7” adlı zülalın istifadə olunduğunu qeyd edən alimlər, milçəkləri qəribə bir sınaqdan keçirdiblər. Yaddaşı importin-7 zülalı ilə gücləndirilən milçəklə adi milçəkləri qısa elektrik axımları olan bir dairənin içinə yerləşdiriblər. Yaddaşı gücləndirilən milçək dairənin kənarlarında elektrik axımı olduğunu bildiyi üçün o əraziyə yaxınlaşmayıb. Digər milçəklər isə dəfələrlə elektrik axımına məruz qalıblar.

İnsanların da özünün importin-7 zülalına sahib olduğunu qeyd edən alimlər, gələcək illərdə bu zülalı kəşf etmək və hüceyrə nüvəsini fəaliyyətə keçirmək üçün geniş tədqiqatlar aparacaqlar. Əgər milçəklərdəki proses insanlarda da eyni vəziyyətdə işləsə, bir dərman qəbul edərək həmin vaxtda beynimizdə olan məlumatı uzun müddətli yaddaşa keçirmǝk mümkün olacaq.



Әlaqәli Xәbәrlәr