Protein (Zülal) istifadə edərək işləyən və “0” enerji sərf edən “BioBilgisayar” !

Gücünü zülallardan alan və adi bilgisayarlardan daha sürətli işləyən “Bilgisayar” demək olar ki, heç bir enerji sərf etmir.

444289
Protein (Zülal) istifadə edərək işləyən və “0” enerji sərf edən “BioBilgisayar” !

Bəzi şirkətlər serverlərini işlətmək və əməliyyatları yerinə yetirmək üçün böyük təchizatlardan istifadə edir. Xeyli qarışıq əməliyyat sistemi olan bu super təchizatlar digər bilgisayarlara nəzərən nəhəng enerji xərcləyir. Bu süper bilgisayarlar o qədər çox enerjidən istifadə edir ki, şirkətlər bu bilgisayarlar üçün xüsusi soyutma və havalandırma otaqları yaradırlar.

Super bilgisayarların gücünə bərabər olacaq lakin böyük enerji sərf etməyən sistem qurmaq istəyən mütəxəssislər zülal istifadə edərək işləyən “biobilgisayar” ixtira etməyə nail olublar. Birdən çox universitetin iştirak etdiyi bu tədqiqat haqqında məlumatları media ilə paylaşan Land Universiteti mətbuat konfransı keçirdib. Mütəxəssislər qeyd edib ki, BioBilgisayarlarda normal vəziyyətdə işləyən bilgisayarlardan fərqli olaraq xüsusi bir əməliyyat ardıcıllığı yoxdur. Bu sistemdə əməliyyatlar paralel olaraq davam edir. Bu da Biobilgisayarların kompleks əməliyyatlarda çox daha dəqiq olmasına səbəb olur.

BioBilgisayarlar enerji sərf etmədiyi üçün bir çox şirkətdən tələbat olacağı gözlənilir. Zülallarla işləyən biobilgisayarlarda olan adi bir tranzistor(radioelektron komponent) bir əməliyyat yerinə yetirmək üçün istifadə etdiyi enerjinin 1 faizindən daha azını tələb edir. Yəni ki, biobilgisayarlar enerji sərfiyyatında mükəmməl qənaət sisteminə malikdir.

Bir kitab ölçülərində olan biobilgisayarlar təbii ki, otaq ölçülərində olan super bilgisayarlardan daha yaxşı işləmir. Lakin universitet tələbələrinin istehsal etdiyi bu biobilgisayarlar, gələcək nəsillərin istifadə edəcəyi bilgisayarların başlanğın nöqtəsi olduğunu bilməliyik.



Әlaqәli Xәbәrlәr