“NASA” Mars planetinə 3 gündə getməyi planlaşdırır

ABŞ Kosmik Agentliyi (NASA) bu məsələ ilə bağlı, Marsa ən qısa müddətdə getmək barədə ciddi addımlar atdığını bildirib.

438354
“NASA” Mars planetinə 3 gündə getməyi planlaşdırır

Mars və digər planetlərə getmək ciddi pullar, vaxt və əmək tələb edir. ABŞ Kosmik Agentliyi (NASA) bu məsələ ilə bağlı, Marsa ən qısa müddətdə getmək barədə ciddi addımlar atdığını bildirib.

Mars haqqında bir çox sənədli və bədii filmlər var. İstər filmdə istərsə də real həyatda alimlər həmişə Mars həsrətində olublar. Mars planetinə gedib çatmaq təxmini 6 aya başa gəlir. Alimlər bu çətinlikləri gözə alaraq bu vaxtı qısaltmaq üçün gecə-gündüz tədqiqatlar aparırlar.

ABŞ Kosmik Agentliyi (NASA) yeni texnologiya olan Lazerin itələmə qüvvəsi ilə 100 kq-lıq insansız raketi 3 gündə, içində insan olan raketi isə 1 ayda planetə çatdırmağı planlaşdırır. Bu yeni sistemlə işləyən kosmos aparatı kimyəvi yanacaqla deyil əksinə lazerin gücündən istifadə edərək elektromaqnit sürətlənmə üsulu ilə işləyəcək. Böyük yanacaq anbarına ehtiyacı olmayan kosmik aparat həm yüngül olacaq həm də çox yer tutmayan elektromaqnit sürətlənmə köməyilə planetə tez bir zamanda gedib çatacaq.

Bu layihənin üzərində işləyən alim Phillip Lubin qeyd edib ki, Elektromaqnit sürətlənmə sadəcə işıq sürəti ilə məhdudkən, kimyəvi sistemlər isə yanacaq bitmə problemi ilə üzləşirdi. Sürətlənməni əldə etmək üçün bizə sadəcə sıx işıq mənbəyi lazımdır.

Əlbəttə ki bu sistemlərin mənfi tərəfidə var. Bu sistemi inşa etmək üçün çox dolaylı və bahalı dairəvi super keçirici maqnitlər istifadə etmək lazımdır. Kosmik aparat üçün belə sistemlər quraşdırmaq heç də asan iş deyil.



Әlaqәli Xәbәrlәr