“LG”-nin yeni diyirlənən robotu “LG Rolling Bot”

Diyirlənən robot “LG Rolling Bot” nələr bacarır?

437257
“LG”-nin yeni diyirlənən robotu “LG Rolling Bot”

LG “MWC 2016” təqdimatında əsas məqsədi şirkətin admiral gəmisi olaraq gördüyü LG G5 tanıtmaq idi. Şirkət eyni zamanda “LG G5-in dostları” olaraq adlandırdığı bir neçə aksesuarın təqdimatını da etdi. Bu aksesuarlardan ən maraq cəlb edəni ev robotu olan LG Rolling Bot idi.

Diyirlənən robot “LG Rolling Bot” nələr bacarır?

Kürə formasında olan robotun üstündə 8 megapiksellik kamera yerləşir və bunun vasitəsilə öz evinizi canlı olaraq izləyə bilərsiniz. MicroSD yaddaş kartının köməyilə robotun çəkdiyi foto şəkil və videoları bu yaddaşda saxlamaq mümkündür. Uzaqdan idarə olunan robot ev heyvanı olanların çox işinə yarayacaq. Üstündə bir kamera, mikrofon, səs dinamiki və LED işıqlandırıcı olan LG Rolling Botun batareyası USB-nin köməyilə doldurulacaq. Robotun qiyməti hələlik məlum deyil.



Әlaqәli Xәbәrlәr